Astara sakinindən 8 kq həşiş götürülüb

Astara sakinindən 8 kq həşiş götürülüb
# 09 fevral 2013 09:20 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Astara rayon sakini xeyli miqdarda narkotik vasitə satarkən tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini Elvin Novruzov 8 kiloqram həşişi satarkən tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR