İsveçrə Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşünü təşkil etməyə hazırdır

İsveçrə Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşünü təşkil etməyə hazırdır
# 18 iyul 2016 10:22 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “İsveçrə Qarabağ münaqişəsinin həlli perspektivlərini müzakirə etmək üçün Ermənistan və Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətlərini İsveçrəyə dəvət edərək vasitəçi rolunu oynamağa hazırdır”.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu İsveçrənin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Filippo Lombardi bildirib.

F. Lombardi deyib ki, ölkəsi münaqişənin mümkün gərginləşməsindən narahatdır: “Bu "dondurulmuş" adlandırılan münaqişələrdə təəssüf ki, münaqişə aktiv fazaya keçə bilir. Hər iki tərəfdən insanlar ölür və beynəlxalq monitorinq olmadan ölüm hallarına görə kimin məsuliyyət daşıdığını söyləmək mümkün deyil. Bizim mövqeyimizi belədir: hər iki ölkə, hər iki xalq, həm Ermənistan, həm də Azərbaycan prezidentləri görüşməli və bu çıxılmaz vəziyyətə son qoymaq üçün yeni dialoqa başlamalıdırlar. Rusiya prezidenti Vladimir Putinin Ermənistan və Azərbaycan prezidentlərinin Sankt Peterburqda görüşünü təşkil etməsi müsbət addımdır. Bu, yeni eranın başlanğıcı ola bilər”.

F. Lombardinin sözlərinə görə, İsveçrə ATƏT PA çərçivəsində vasitəçi rolunu oynamağa hazırdır: “ İsveçrə tərəfi vasitəçi rolunu oynamaq istəyir, lakin sülhə məcbur etmək niyyətində deyil”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR