Şəmkirdə həyat yoldaşının ölümünə dözməyən qadın intihara cəhd edib

Şəmkirdə həyat yoldaşının ölümünə dözməyən qadın intihara cəhd edib
# 27 avqust 2015 10:25 (UTC +04:00)


Şəmkir. Azər Məmmədli – APA. Şəmkir sakini sirkə turşu içərək intihara cəhd edib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə Şəmkir rayon Seyfəli kənd sakini, 1959-cu il təvəllüdlü Səlminaz Qasımova sirkə turşusundan ağır zəhərlənərək Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, bir həftə öncə S. Qasımovanın həyat yoldaşı dünyasını dəyişib. Buna dözməyən 56 yaşlı qadın sirkə turşusu içərək intihar etmək istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR