“Sehrli xalat” filminin ekranlara çıxmasının 50 illiyi qeyd olunub - FOTO

“Sehrli xalat” filminin ekranlara çıxmasının 50 illiyi qeyd olunub - <span style="color: red;">FOTO
# 13 noyabr 2014 10:52 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Noyabrın 12-də Nizami Kino Mərkəzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının lentə aldığı “Sehrli xalat” filminin ekranlara çıxmasının 50 illiyi qeyd olunub.

Nizami Kino Mərkəzindən APA-ya verilən məlumata görə, Mədəniyyət və Turizm nazirliyinin təşkilatçılığı ilə baş tutan yubiley tədbirində filmin rejissoru Əlisəttar Atakişiyev, ekran əsərində çəkilmiş Əliağa Ağayev, Möhsün Sənani, Ağahüseyn Cavadov, Anatoli Falkoviç, Hüseynağa Sadıxov yad edilib. Tədbirdə Cavid İmamverdiyevin hazırladığı ssenari əsasında çəkilmiş videoçarx nümayiş olunub.

Yubiley tədbirində filmdə rol alan aktyorların - Zərifə obrazını yaratmış S.Hətəmov, Y.Şeyxov və A. Mustafayevanın, filmin bəstəkarı, xalq artisti A. Məlikovun xatirələri dinlənilib.

Mərasimdə qonaqlar Nizami Kino Mərkəzinin foyesində filmlə bağlı Dövlət Film Fondunun təşkil etdiyi foto sərgi ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR