İlahiyyatçı Taleh Bağırov azadlığa çıxıb

İlahiyyatçı Taleh Bağırov azadlığa çıxıb
# 31 iyul 2015 07:32 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. İlahiyyatçı Taleh Bağırov azadlığa buraxılıb.

APA-nın məlumatına görə, 2013-cü ildə həbs edilən T. Bağırov cəza müddəti başa çatdığı üçün ötən gecə həbsdən azad edilib.

Qeyd edək ki, T. Bağırov 2013-cü ildə həbs edilib. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Taleh Bağırov və Anar Məlikov saxlanılıblar. Baxış zamanı Taleh Bağırovun üzərindən 1,026 qram heroin, Anar Məlikovdan isə "Makarov" tipli tapança, 4 patron və 1 bıçaq götürülüb. Faktla bağlı cinayət işi başlanıb və hər iki şəxs həbs olunublar.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə T. Bağırov 2 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR