Göyçayda 6 yaşlı uşaq su quyusunda boğulub

Göyçayda 6 yaşlı uşaq su quyusunda boğulub
# 18 mart 2013 13:59 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçay rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. APA-nın məlumatına görə, rayonun Mırtı kənd sakini, 2007-ci il təvəllüdlü Xəlilov Xəlil Qaraoğlan oğlu bu gün saat 16:00 radələrində yaşadığı evin həyətindəki su quyusuna düşərək boğulub. Hadisəyə ehtiyatsızlıq və uşağın nəzarətsiz qalması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR