Ötən ay Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 16% artıb

Ötən ay Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 16% artıb
# 04 iyul 2014 13:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin iyun ayı ərzində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 135 mln. 318,91 min manat təşkil edib.

DGK-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,6% çoxdur. May ayı ilə müqayisədə isə dövlət büdcəsinə daxil olan vəsaitin həcmi 1,3% artıb.

Hesabat ayında gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 63 mln. 515,46 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 66 mln. 60,25 min. manat, aksizlər üzrə 4 mln. 327,97 min. manat, yol vergisi üzrə isə 1 mln. 415,24 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR