Bank Of Baku

Goranboyda mikroavtobus "VAZ"la toqquşub, 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Goranboyda mikroavtobus "VAZ"la toqquşub, 3 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 22 aprel 2018 00:47 (UTC +04:00)

Goranboyda mikroavtobus və "VAZ 2107" markalı minik  avtomobilinin toqquşması nəticəsində ağır xəsarət alan şəxslərin kimliyi bəlli olub. APA-nın xəbərinə görə, vəziyyəti ağır olan  şəxs 1994-cü il təvəllüdlü Qurbanzadə Toğrul Eynulla oğludur,  vəziyyətləri kafi olan - 1992-ci il təvəllüdlü Quliyev Fuad Faiq oğlu, 1994-cü il təvəllüdlü Şəkərli Aqil Novruz oğludur.  

 

Faktla bağlı araşdırma aparılır.

 

***** 00.47

 

Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qızılhacılı kəndində baş verib.

 

İlkin məlumata görə, hərəkətdə olan mikroavtobus və "VAZ 2107" markalı minik  avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan bir nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR