Bank Of Baku

Ekoloji qanun pozuntusu ilə bağlı toplanmış materiallar Baş Prokurorluğa göndərilib

Ekoloji qanun pozuntusu ilə bağlı toplanmış materiallar Baş Prokurorluğa göndərilib
# 27 aprel 2018 07:32 (UTC +04:00)

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Neftçala rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, reyd zamanı Neftçala rayonu Xəzər bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində 114 ədəd yulğun kolunun kökdən çıxarılaraq məhv edildiyi, 588 m3 həcmində qumun qazılaraq aparıldığı, 600 m3 həcmində münbit torpaq qatının korlandığı aşkarlanıb.

 

Araşdırma zamanı təbiətə 50869,84 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı Xəzər bələdiyyəsi barəsində akt tərtib edilib.

 

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR