Azərbaycanının müdafiə naziri Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat rəisini qəbul edib

Azərbaycanının müdafiə naziri Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat rəisini qəbul edib
# 11 aprel 2015 10:24 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat rəisi, korpus generalı Mehmet Daysalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüşdə hər iki ölkənin silahlı qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin əhəmiyyəti, regiondakı hərbi-siyasi vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi müzakirə edilib.

Sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdələr iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR