Koalisiya qüvvələri “İŞİD”-in Suriya və İraqdakı mövqelərinə növbəti zərbələr endirib

Koalisiya qüvvələri “İŞİD”-in Suriya və İraqdakı mövqelərinə növbəti zərbələr endirib
# 25 oktyabr 2014 01:43 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Suriya ərazisindəki Kobani şəhəri yaxınlığına endirilən 6 zərbəni bu dəfə yalnız ABŞ təyyarələri endirib. Əməliyyat nəticəsində terrorçuların texnikası və canlı qüvvəsi məhv edilib.

İraqda isə ABŞ və onun müttəfiqlərinin hədəfi “İŞİD”-in Mosul bəndi yaxınlığındakı nəqliyyat vasitələri və minaatan heyəti olub. Daha 3 zərbə “İŞİD”-in Bayci şəhərində neftayırma zavodunun yaxınlığındakı mövqelərinə endirilib. Əl Faluca və Zumar yaxınlığında “İŞİD”-in nəqliyyat vasitələri və nəzarətində olan binalar məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR