Yadigar Sadıqovun apellyasiya şikayəti təmin edilməyib

Yadigar Sadıqovun apellyasiya şikayəti təmin edilməyib
# 17 dekabr 2014 14:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyası başqanının həbsdə olan müavini Yadigar Sadıqovun Qaradağ rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara əsasən şikayət təmin edilməyib.

Qeyd edək ki, Yadigar Sadıqlı ötən il iyunun 27-də saxlanılıb. Müsavat başqanının müşaviri xuliqanlıqda ittiham olunur.

O, Lənkəran rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. İyulun 22-də apellyasiya məhkəməsi onun həbsini 4 ilə endirib.

Bir müddət əvvəl isə Yadigar Sadıqov cəza rejiminin daha yüngül cəza növü ilə dəyişdirilməsi üçün Qaradağ Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə müraciəti təmin etmədiyindən qərardan apellyasiya şikayəti verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR