DSX rəisi İstanbulda keçirilən “IDEF-2015” beynəlxalq müdafiə sərgisində iştirak edib

DSX rəisi İstanbulda keçirilən “IDEF-2015” beynəlxalq müdafiə sərgisində iştirak edib
# 06 may 2015 09:53 (UTC +04:00)

Bakı. Ağa Cəfərli-APA. 4-6 may tarixlərində Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi –Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin rəhbərliyi ilə nümayəndə heyəti İstanbulda keçirilən “IDEF-2015” beynəlxalq müdafiə sərgisində iştirak edib.

APA-nın DSX-nın saytına istinadən verdiyi məlumata görə, nümayəndə heyəti tədbirin pavilyonlarına baxış keçirərək, müxtəlif ölkələrin müdafiə sənayesi şirkətlərinin silah-texnika və hərbi avadanlıqlar istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olub.

Sərginin keçirildiyi günlərdə bir sıra ikitərəfli müzakirələr, o cümlədən Türkiyə milli müdafiə naziri İsmət Yılmaz, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Necdet Özel, Quru Qoşunlarının Komandanı ordu generalı Hülusi Akar, Sahil Mühafizəsinin komandanı vitse-admiral Hakan Üstemlə təkbətək görüşlər keçirilib.

Azərbaycan DSX ilə Türkiyə Milli Müdafiə Nazirliyi, Silahlı Qüvvələrin Baş Qərargahı, Quru Qoşunları və Sahil Mühafizəsi arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Qurumlar arasında qarşılıqlı əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib, hərbi-texniki sahədə və sərhədlərin təhlükəsizliyinin daha da möhkəmləndirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR