Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi avtobus terminallarında yayımlanan məlumatlarla bağlı dəyişiklik edib - FOTO

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi avtobus terminallarında yayımlanan məlumatlarla bağlı dəyişiklik edib - <span style="color: red;">FOTO
# 10 aprel 2013 11:58 (UTC +04:00)

Bu barədə APA-ya NİİM-dən məlumat verilib. Məlumata görə, avtobus uzaqda olduqda onun cari dayanacağa çatma vaxtı dəqiqələrlə göstərilir: “Durduğunuz yerə gözlənilən avtobusun çatmasına iki dayanacaq qalanda isə dəqiqələr qrafik təsvirlə əvəz olunur. Təqdim olunan məlumatda qırmızı dairə ilə istifadəçinin durduğu dayanacaq, sarı kvadratlarla isə öncəki 2 dayanacaq təsvir olunur. Yaşıl dairəyə alınmış avtobus nişanı xətdə olan və dayanacağa yaxınlaşacaq avtobusu əks etdirir. Həmin avtobus nişanı real avtobusun hazırda yerləşdiyi nöqtəyə əsasən qrafikdə qeyd olunur və onun yeri avtobusun hərəkətinə uyğun olaraq dəyişir”.

Bundan əlavə, terminalın "Avtobus" bölməsində göstərilən marşrutlar üzrə hərəkət edən avtobusların müvafiq olaraq cari vaxtda hansı dayanacaqlara yaxın olduqları da qeyd olunur. Həmçinin, monitorun yuxarı sağ tərəfində seçilmiş marşrutun iş saatları və marşrut xəttinin uzunluğu göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR