Arif Rəhimzadə: "Bələdiyyələrin daşınmaz əmlakdan cəlb etdiyi vergilərin həcmi qənaətbəxş səviyyədə deyil"

Arif Rəhimzadə: "Bələdiyyələrin daşınmaz əmlakdan cəlb etdiyi vergilərin həcmi qənaətbəxş səviyyədə deyil"
# 02 sentyabr 2015 09:51 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Bələdiyyələrin daşınmaz əmlakdan cəlb etdiyi vergilərin həcmi qənaətbəxş səviyyədə deyil".

APA-Economics”in məlumatına görə, bunu “Əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları” mövzusunda seminarda Milli Məclisin Regional məsələlər Daimi Komitəsinin sədri Arif Rəhimzadə deyib.

Azərbaycanda ümumilikdə 1,9 milyon ev təsərrüfatının, şəhərlərdə isə 1 milyondan artıq mənzilin olduğunu deyən millət vəkili daşınmaz əmlakdan tutulan vergilərin həcminin çox az olduğunu qeyd edib: "Əlbəttə ki, çətinliklər var. Ev təsərrüfatları və mənzillərin bir qismi qeydiyyatdan keçməyib. Amma hesab edirəm ki, bu vergilərin yığılmasına problem yaratmamalıdır. Məhz buna görə, bir çox hallarda vətəndaşlar vergi ödəmir. Vergilərin yığılmasını təmin etmək üçün bələdiyyələrin üzərinə çox böyük vəzifə düşür".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR