Dövlət büdcəsinə vergi daxilolmaları ilə bağlı proqnoza 100,8% əməl olunub

Dövlət büdcəsinə vergi daxilolmaları ilə bağlı proqnoza 100,8% əməl olunub
# 13 iyul 2015 08:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 3 mlrd. 346 mln. 306,8 min manat vəsait daxil olub.

Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin 6 ayı ilə müqayisədə 6,9% azalıb. Bu ilin yanvar-iyun aylarında proqnoz tapşırığına 100,8% əməl edilib.

Qeyri neft-qaz sektoru üzrə büdcəyə 2 mlrd. 289 milyon 221,5 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6% çoxdur.

Ümumi vergi daxilolmalarında qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 68,4% təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR