Bakı. Viktoriya Dementyeva – APA. BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın nüvə sınaqlarını qəti pisləyib. APA-nın məlumatına görə, bu barədə Şimali Koreyanın bu gün keçirdiyi nüvə sınaqları ilə bağlı BMT Təhlükəsizlik Şurasının baş tutan fövqəladə iclasında qəbul olunmuş bəyanatda deyilir.
“BMT Təhlükəsizlik Şurasının üzvləri TŞ-nin qətnamələrini ciddi şəkildə pozan bu sınaq testini qəti şəkildə pisləyir. BMT Təhlükəsizlik Şurası KXDR barədə müvafiq tədbirlər görəcək”, deyə bəyanatda vurğulanır.
Qeyd edək ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 2011-ci ilin oktyabrından qeyri daimi üzvüdür.