Meksikada son bir həftədə 2 jurnalist öldürülüb

Meksikada son bir həftədə 2 jurnalist öldürülüb
# 03 iyul 2015 02:05 (UTC +04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, jurnalist küçədə yaxın məsafədən atılan beş güllə ilə öldürülüb.

Yerli mətbuat radioaparıcının dəfələrlə ölümlə hədələndiyini bildirir. Sançes Sarmento son bir həftə ərzində Meksikada qətlə yetirilən sayca ikinci jurnalistdir. İyunun 26-da Quanxuato ştatında “Tabano” həftəlik qəzetinin baş redaktoru Herardo Nyeto öldürülüb. Hər iki fakt üzrə cinayət işi açılıb, araşdırma aparılır.

Xatırladaq ki, ötən ilin oktyabrında bir qrup silahlı “Fiesta Mexicana” teleradioşirkətinə basqın edərək məşhur radio aparıcısı Atilano Tiradonu canlı yayımda çıxış edən zaman güllələmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR