Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri Türkiyənin hərbi tədris müəssisələrinə tanışlıq səfəri edəcəklər.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyin nümayəndələri noyabrın 17-dən 18-dək Ankara şəhərində Türkiyə Quru Qoşunları Hərbi Məktəbini, həmçinin Kuleli Liseyini ziyarət edəcək.
Azərbaycan hərbçiləri həmçinin noyabrın 17-dən 21-dək Oberammerqau şəhərində (Almaniya) NATO qərargah zabitləri üçün tanışlıq kursuna qatılacaqlar.