Bakıda 10 gün əvvəl bacısı qızını qətlə yetirən şəxs tutulub

Bakıda 10 gün əvvəl bacısı qızını qətlə yetirən şəxs tutulub
# 27 aprel 2015 07:49 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Bakıda qətl hadisəsi törədən şəxs saxlanılıb.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində aprelin 17-də Buzovna qəsəbəsində, Naxçıvani küçəsi, ev 13 də qətl hadisəsi törədən Namiq Aslanov tutulub.

Qeyd edək ki, Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Namiq Aslanov ailə münaqişəsi zəminində bacısı qızı 1996-cı il təvəllüdlü Nigar Şikar qızı Məliklini bıçaqlayaraq qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR