Baş hidroloq: “Azərbaycanda kəskin və güclü küləkli hava şəraiti gözlənilmir”

Baş hidroloq: “Azərbaycanda kəskin və güclü küləkli hava şəraiti gözlənilmir”
# 16 noyabr 2015 11:35 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Azərbaycan ərazisində kəskin və güclü küləkli hava şəraiti gözlənilmir”. Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında hazırda müşahidə olunan küləkli hava şəraiti hər il baş verir.

Baş hidroloq qeyd edib ki, Bakı və Abşeron yarımadasında, eyni zamanda Azərbaycanın rayonlarında güclü külək gözlənilmir.

A. Verdiyev onu da qeyd edib ki, Bakı və Abşeron yarımadasında adətən şimal küləyi əsəndə, bu bölgələrdə qərb küləyi ilə müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR