Şimali İrlandiyanın birinci naziri istefaya getməyə qərar verib

Şimali İrlandiyanın birinci naziri istefaya getməyə qərar verib
# 11 sentyabr 2015 00:27 (UTC +04:00)

Bakı-APA. Şimali İrlandiyanın birinci naziri Piter Robinson və Demokratik Yunionist Partiyasından olan nazirlərin əksəriyyəti istefaya getməyə qərar veriblər. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Telegraph” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, elan edilən qərar hökumətdə böhranın olduğundan xəbər verir.

Qərarın verilməsinə səbəb Şimali İrlandiya Assambleyasında yaranmış fikir ayrılığı olub. Piter Robinson parlamentin buraxılmasını tələb edib. Bundan əvvəl İrlandiya polisin yaydığı məlumatda “Müvəqqəti İrlandiya Respublikası Ordusu”nun (MİRO) üzvü Kevin Makqiqanın ölümü ilə əlaqədar üç respublikaçının saxlanıldığı qeyd olunub.

Polis qətldə “Müvəqqəti İrlandiya Respublikası Ordusu” terror təşkilatının əlaqəli olduğunu elan edib. “Müvəqqəti İrlandiya Respublikası Ordusu”nun özünün mövcudluğu Şimali İrlandiyada gərgin vəziyyətin yaranmasına səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR