Taner Yıldız: “Türkiyə Rusiya, İran və Azərbaycandan almadığı təbii qazı idxal edəcək”

Taner Yıldız: “Türkiyə Rusiya, İran və Azərbaycandan almadığı təbii qazı idxal edəcək”
# 24 fevral 2013 18:44 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “İrandan ötən ildən qalmış 500 milyon dollarlıq təbii qazı ilin sonuna qədər alacağıq”.

APA-nın məlumatına görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib.

Onun sözlərinə görə, “Botaş” vasitəsilə ötən il pulu ödənilmiş və alınmamış “mavi yanacaq” Rusiya, İran və Azərbaycandan ölkəyə idxal ediləcək: “2012-ci ilin sonunda Rusiya Federasiyasından pulunu ödədiyimiz 3.6 milyard kubmetr civarındakı təbii qazın hamısını aldıq. 2012-ci ildə İrandan 420 milyon dollar həcmində daha əvvəl almadığımız “mavi yanacağ”ı ölkəyə idxal etdik. 2013-cü ilin sonuna qədər İran və Azərbaycandan idxal edilməmiş təbii qaz alınacaq. Bizim pulunu verib almadığımız “mavi yanacağ”ımız yoxdur. İrana ötən il 500 milyon dollar həsmində ödəniş etdik. Bunlar “Botaş” üçün sevindirici inkişafdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR