Bakıda quldurluqda şübhəli bilinən dörd nəfər tutulub

Bakıda quldurluqda şübhəli bilinən dörd nəfər tutulub
# 10 oktyabr 2014 07:59 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Bakıda quldurluq hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, oktyabrın 8-i saat 16 radələrində naməlum şəxslər Səngəçal qəsəbəsi ərazisində Namiq Mirağayevi döyərək, 570 manat pulunu, 2 ədəd mobil telefonunu və avtomobilinin açarlarını götürərək gediblər. Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - Tural Talıblı, Səyyad Mirzəyev, Seymur Zalov və Ülkər Quliyeva tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR