Bakı metrosunda texniki nasazlıq yaranıb, qatar depoya göndərilib

 Bakı metrosunda texniki nasazlıq yaranıb, qatar depoya göndərilib
# 15 avqust 2014 07:17 (UTC +04:00)

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev “APA-Economics”ə bildirib ki, nasazlıq saat 08:33 radələrində “Dərnəgül” - “Həzi Aslanov” xətti ilə hərəkət edən 3 saylı marşrutda baş verib: “Qatarın birinci vaqonunun ikinci qapısı bağlanmayıb. Həmin qatarın sərnişinləri vaqonlardan düşürülüb, qatar isə depoya göndərilib”.

N. Paşayev bildirib ki, iki dəqiqə gecikmə olsa da, ümumi qrafikdə gecikmə olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR