Ukraynada 1000-dək Rusiya kapitallı şirkət sanksiyalara məruz qalacaq

Ukraynada 1000-dək Rusiya kapitallı şirkət sanksiyalara məruz qalacaq
# 01 avqust 2014 15:28 (UTC +04:00)

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu qurumun mətbuat xidmətinin rəhbəri İqor Bilous deyib.

Onun sözlərinə görə, siyahıda xeyli sayda şirkət yer alıb.

“Bu siyahıda Rusiya kapitalı olan bütün şirkətlər yer alır, onların sayı minə yaxındır. Biz sadəcə siyahını hazırlamışıq, bizi siyasətə qarışdırmayın”, - deyə İ.Bilous əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR