Azərbaycan prezidenti CAR prezidentini ölkənin milli bayramı münasibətilə təbrik edib

Azərbaycan prezidenti CAR prezidentini ölkənin milli bayramı münasibətilə təbrik edib
# 26 aprel 2013 15:55 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev CAR prezidenti Ceykob Gedleyihlekisa Zumaya təbrik məktubu göndərib. APA-nın məlumatına görə, təbrik məktubunda bildirilir: “Hörmətli cənab Prezident, Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm. Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin inkişafı yolunda atdığımız qarşılıqlı addımlar dostluq əlaqələrimizin və əməkdaşlığımızın daim genişlənməsi və möhkəmlənməsi üçün yeni imkanlar açacaq. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və tərəqqi arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR