Kemeron Rusiyanı yeni sanksiyalarla hədələyib

Kemeron Rusiyanı yeni sanksiyalarla hədələyib
# 23 fevral 2015 22:52 (UTC +04:00)

Bakı – APA. Böyük Britaniyanın Baş naziri Devid Kemeron Rusiyanı yeni sanksiyalarla hədələyib, o cümlədən ölkənin “böyük səkkizlikdən” xaric edilməsini istisna etməyib.

APA-nın “Rosbalt”-a istinadən məlumatına görə, D.Kemeron bəyan edib ki, Ukraynanın cənub-şərqində separatçıların qəsb etdikləri əraziləri genişləndirmək cəhdi cavabsız qalmayacaq.

“Yaxın günlərdə biz G-8 ölkələri ilə gələcək addımlarımızı müzakirə edəcəyik. Rusiyanın qanuna zidd hərəkətlərinin yeni həddə çatması qəbuledilməzdir”, deyə Kemeron bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR