«Zaminbank» qeyri-faiz əməliyyatları üzrə mənfəətə çıxıb

«Zaminbank» qeyri-faiz əməliyyatları üzrə mənfəətə çıxıb
# 01 may 2013 12:46 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Zaminbank» ASC-nin 2013-cü ilin I rübündə əldə etdiyi gəlirlərin həcmi 7,059 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq göstəricisindən 18,3% azdır. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 2,9 dəfə azalaraq 2,464 mln. manata düşüb.

Bankdan həmçinin bildirilib ki, ilk rüb ərzində «Zaminbank» 4,594 mln. manat həcmində mənfəət əldə edib, bu isə illik müqayisədə 2,8 dəfə çoxdur.

Qeyd edək ki, hesabat rübündə bankın faiz gəlirləri 4,236 mln. manat, qeyri-faiz gəlirləri 2,823 mln. manat, faiz xərcləri 1,413 mln. manat, qeyri-faiz xərcləri isə 1,052 mln. manata bərabər olub. Son bir ildə bankın faiz mənfəəti 33,3% azalıb. Eyni zamanda, bank qeyri-faiz əməliyyatları üzrə 1,771 mln. manat həcmində mənfəət əldə edib, halbuki ötən ilin ilk rübündə 2,543 mln. manat həcmində zərər müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR