ABŞ Konqresi prezident Barak Obamanı məsuliyyətə cəlb etməyə imkan verən qətnaməni dəstəkləyib

ABŞ Konqresi prezident Barak Obamanı məsuliyyətə cəlb etməyə imkan verən qətnaməni dəstəkləyib
# 31 iyul 2014 03:53 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, respublikaçılar prezident Barak Obamanı icra hakimiyyətindən sui-istifadəyə görə məsuliyyətə cəlb etmək niyyətindədir.

Onun, Konqresin razılığı olmadan, dəfələrlə fərman imzaladığı iddia olunur.

Qeyd olunan fərmanların miqrasiya siyasətini, səhiyyəni, əmək və ekologiya qanunvericiliyini əhatə etdiyi bildirilir.

Qətnamənin lehinə Nümayəndələr Palatasının 225 üzvü, əleyhinə isə 201 üzvü səs verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR