ABŞ təlimatçıları tərəfindən Azərbaycan hərbçiləri üçün təşkil olunan ingilis dili kursunun buraxılış mərasimi keçirilib

ABŞ təlimatçıları tərəfindən Azərbaycan hərbçiləri üçün təşkil olunan ingilis dili kursunun buraxılış mərasimi keçirilib
# 18 iyul 2014 17:10 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ABŞ Hərbi Dillər İnstitutunun təlimatçıları tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin qulluqçuları üçün təşkil olunan 6 aylıq intensiv ingilis dili kursunun buraxılış mərasimi keçirilib.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mərasimdə iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar və Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq idarəsinin rəisi general-mayor Ramiz Nəcəfov kursu bitirən məzunları sertifikatlarla təltif ediblər.

Qeyd edək ki, Azərbaycanda ingilis dili kursları 2004-cü ildən bir qrup, 2005-ci ildən isə dörd qrup şəklində fəaliyyətini davam etdirir. Kursu bitirən zabit və gizirlər ixtisaslarına uyğun olaraq ildə bir dəfə ABŞ-da təşkil olunan kurslarda iştirak edirlər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR