USAİD insan alverinə qarşı mübarizə məqsədilə ATƏT-in Bakı layihə əlaqələndiricisinin ofisinə 610 min dollar ayıracaq - FOTOSESSİYA

USAİD insan alverinə qarşı mübarizə məqsədilə ATƏT-in Bakı layihə əlaqələndiricisinin ofisinə 610 min dollar ayıracaq - <span style="color: red;">FOTOSESSİYA
# 20 noyabr 2014 08:07 (UTC +04:00)

APA-nın məlumatına görə, Bəyannaməyə ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan və ATƏT-in Bakı layihə əlaqələndiricisi, səfir Aleksis Şahtahtinski imza atıblar.

Qeyd edək ki, ATƏT-in Bakı layihə əlaqələndiricisinin ofisi Azərbaycanda insan alveri ilə mübarizə sahəsində layihə həyata keçirir. Bəyannaməyə əsasən USAİD insan alveri və məcburi əməyin qarşısının alınması, eləcə də bu hallarla mübarizədə səmərəliliyin artırılması məqsədilə ATƏT-in Bakı layihə əlaqələndiricisinin ofisinin layihəsinə dəstək verəcək, 610 min dollar məbləğində texniki və maliyyə yardımı göstərəcək. Beləliklə də Azərbaycan hökumətinə və vətəndaş cəmiyyətinə yardım səyləri dəstəklənəcək. Görüləcək işlərin əsas məqsədi insan alveri üzrə ictimai maarifləndirməni artırmaq, habelə insan alveri və məcburi əməyin qadın, kişi və uşaq qurbanları üçün nəzərdə tutulmuş sığınacaqları idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə yardımı göstərməkdir. Bundan başqa, sənəd dəyirmi masa müzakirələrinin təşkili və hökumət üçün tövsiyələrin hazırlanması yolu ilə əmək istismarı da daxil olmaqla, insan alverinin bütün formalarının qarşısının alınması sahəsində çoxtərəfli əlaqələndirmə və əməkdaşlığı genişləndirəcək.

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili D. Hoqan deyib ki, bu gün imzaladıqları Bəyannamə ABŞ-ın USAİD vasitəsilə Azərbaycandakı tərəfdaşlarının insan alveri ilə mübarizə səylərinə yardım göstərməkdə qərarlı olduğunu ortaya qoyur. Onun sözlərinə görə, ABŞ hökuməti Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti təşkilatları da daxil olmaqla, digər tərəfdaşlarla əlaqələndirmə və əməkdaşlıq şəraitində bu səyləri davam etdirəcək və genişləndirəcək.

ATƏT-in Bakı layihə əlaqələndiricisi A. Şahtahtinski bildirib ki, layihəyə USAİD və ABŞ hökumətinin büdcədənkənar dəstəyi sayəsində Azərbaycan hökumətinin insan alveri ilə mübarizə sahəsində səylərinə verdikləri dəstəyi əhəmiyyətli dərəcədə artıra biləcəklər. O qeyd edib ki, ATƏT-in Bakı layihə əlaqələndiricisinin Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində həyata keçirdiyi layihə Azərbaycan hökuməti tərəfindən 2014-cü ilin iyun ayında təsdiq olunub: “Müasir köləliyin bu formasının 21-ci əsrdə yer almaması üçün səylərimizi birləşdirmək çox vacibdir. Bu qlobal problemin qarşısı hər yerdə səmərəli şəkildə alınarsa, biz uğura nail ola bilərik. Buna görə ATƏT, ABŞ hökuməti və Azərbaycan Respublikasının bu sahədə birgə çalışması çox vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR