ARDNŞ Türkiyənin iki regionunda CNG-nin satışı üçün lisenziya alıb

ARDNŞ Türkiyənin iki regionunda CNG-nin satışı üçün lisenziya alıb
# 14 iyul 2014 15:40 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “SOCAR Turkey LNG Satis Anonim Sirketi” şirkəti (ARDNŞ-ın törəmə şirkəti) Türkiyənin Enerji Bazarının Tənzimlənməsi İdarəsindən (EPDK) sıxışılmış qazın ( CNG) Dənizli və Gemlikdə satışına dair lisenziya alıb.

APA-Economics”in xəbərinə görə, bu haqda Türkiyənin “Haberturk” saytı məlumat yayıb.

Saytın məlumatlarına görə, bu lisenziyalar da nəzərə alınmaqla, “SOCAR Turkey LNG Satış Anonim Şirketi”nin CNG-nin satışı üçün əldə etdiyi lisenziyaların ümumi sayı 6-ya çatıb. Şirkət CNG-nin satışı üçün Türkiyənin daha iki regionunda lisenziya almağı planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR