İŞİD Suriyanın Salmiyə şəhərini raket atəşinə tutub, 7 nəfər ölüb

İŞİD Suriyanın Salmiyə şəhərini raket atəşinə tutub, 7 nəfər ölüb
# 06 aprel 2015 19:46 (UTC +04:00)

Bakı-APA. İŞİD qruplaşmasının silahlıları Suriyanın paytaxtı Dəməşqdən 220 km aralıda yerləşən Salmiyə şəhərini atəşə tutub.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Al Mayadin” telekanalı məlumat yayıb.

Minaatanlardan və raket qurğularından açılan atəş nəticəsində 7 nəfər ölüb, onlarla insan xəsarət alıb.

Xatırladaq ki, martın 31-də İŞİD-in Əl-Məbuca şəhərinə hücumu zamanı 48 nəfər ölmüş, 80 nəfər yaralanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR