Sahibkarlığa Kömək Milli Fondu Binəqədi sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayır

Sahibkarlığa Kömək Milli Fondu Binəqədi sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayır
# 30 aprel 2013 07:47 (UTC +04:00)

Bakı – APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Binəqədi rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, SKMF tərəfindən Binəqədi rayonu üzrə sahibkarlıq subyektlərindən müasir ət kəsimi müəssisəsinin yaradılması, kiçik istixana təsərrüfatlarının yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR