Azərbaycan Beynəlxalq Bankı 200 mln. dollar həcmində sindikatlaşdırılmış kredit cəlb edib

Azərbaycan Beynəlxalq Bankı 200 mln. dollar həcmində sindikatlaşdırılmış kredit cəlb edib
# 29 aprel 2015 08:09 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Beynəlxalq Bankı bu günlərdə 2015-ci ildə ilk dəfə 200 mln. ABŞ dolları ekvivalent həcmində sindikatlaşdırılmış kredit cəlb edib.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, sindikasiyanın təşkilatçıları qismində “Citibank N.V.”, “Ingbank N.V.”, “Raiffeisenbank International AG”, “UniCreditBank Austria AG” çıxış ediblər.

Əvvəlcədən kredit $125 mln. həcmində planlaşdırılsa da, sonradan sindikasiyaya daha 18 beynəlxalq maliyyə institutlarının qoşulması nəticəsində kreditin həcmi 200 mln. qədər yüksəlib.

Vəsait 365 gün müddətinə cəlb edilib, ticarət və korporativ maliyyələşməyə yönəldiləcəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR