İtalyanın Kinetic Technology International Şirkəti BANM ilə əməkdaşlıq edəcək

İtalyanın Kinetic Technology International Şirkəti BANM ilə əməkdaşlıq edəcək
# 03 iyun 2016 09:32 (UTC +04:00)

Bakı-APA. İtalyanın Kinetic Technology International şirkətinin vitse-prezidenti Qaetano İaquaniello, şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri Heilpern Nikkolo və şirkətin sədri Cianni Bardazzi Bakı Ali Neft Məktəbində olub (BANM) və Ali Məktəbin rəhbərliyi ilə görüş keçiriblər.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, rektor Elmar Qasımov Azərbaycan və İtaliya arasında əlaqələrinin yüksək səviyyəndə olduğunu bildirərək BANM-in İtaliya universitetləri və şirkətləri ilə əməkdaşlıqda maraqlı olduğunu deyib. Tədris prosesinin beynəlxalq proqramlar əsasında ingilis dilində həyata keçirildiyini qeyd edən rektor BANM-də tədrisin ən müasir texnologiyalar vasitəsi ilə istehsalatla sıx əlaqədə təşkil olunduğunu qeyd edib. Elmar Qasımov Kinetic Technology International Şirkəti və BANM arasında əməkdaşlıq potensialının yüksək olduğunu bildirib.

Şirkətin karbohidrogenlər sənayesi, emal mühəndisliyi, proses mühəndisliyi, sintetik qazlar, hidrogen istehsalı və istifadəsi sahəsində ixtisaslaşdığını qeyd edən Qaetano İaquaniello həmçinin, İtaliya ali təhsil müəssisələrinin inkişafına və elmi tədqiqat layihələrinin həyata keçirilməsinə dəstək olduğunu bildirib.

Dünyanın 36 ölkəsində, Azərbaycanda isə SOCAR Polymer layihəsi çərçivəsində fəaliyyət göstərdiklərini nəzərə çatdıran Q. İaquaniello BANM-lə elmi tədqiqatlar, tələbə mübadiləsi və ömürboyu təhsil proqramları, eləcə də Avropa İttifaqının elm və təhsil proqramları çərçivəsində əməkdaşlıq etməyi təklif edib.

Sonda rektor Qaetano İaquanielloya Ali Məktəbin “Fəxri qonaq” diplomunu təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR