"ExpressPay" terminallarından kredit sifariş etmək mümkün olub

"ExpressPay" terminallarından kredit sifariş etmək mümkün olub
# 01 oktyabr 2015 07:59 (UTC +04:00)

Bakı – APA-Economics. "ExpressPay" ödəniş terminalları vasitəsilə ölkənin bir sıra banklarından kredit sifarişi etmək mümkün olub.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, bunun üçün “Bank xidmətləri” bölməsində olan “Kredit sifarişi”ni seçmək və tələb olunan müvafiq göstəriciləri daxil etmək zəruridir. Qeyd edək ki, kredit sifarişi terminallara www.alkredit.az xidmətinin inteqrasiyası nəticəsində mümkün olub.

Hazırda ödəniş terminallarında "Expressbank"a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), "EmbaFinans" ("Embawood" və "Madeyra" mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, "Nikoil Bank", "PAŞA Sığorta", "Bakı taksi", mobil operatorlar, kommunal / rabitə ödənişləri (Aztelekom – BTRİB), kabel TV, İnternet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.

"ExpressPay" ödəniş terminalları üzrə müştəri xidmətini artırmaq məqsədilə “Qaynar xətt” xidməti yaradılıb. Artıq müştərilər 24 saat ərzində istənilən təklif, şikayət və ya texniki nasazlıq barədə (055) 5000 132 nömrəsinə zəng vura və ya "WhatsApp" vasitəsilə mesaj yaza bilərlər.

"Expressbank"ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS-terminal və 300-dək "ExpressPay" ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR