Oqtay Şirəliyev Bərdədə vətəndaşları qəbul edəcək

Oqtay Şirəliyev Bərdədə vətəndaşları qəbul edəcək
# 10 aprel 2013 12:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə naziri Oqtay Şirəliyev aprelin 12-də saat 12:00-da Bərdə Müalicə-Diaqnostika Mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, O. Şirəliyev Bərdə, Tərtər, Ağdam, Yevlax, Beyləqan, Füzuli, İmişli, Mingəçevir, Ağcabədi, Laçın, Xocalı, Xocavənd rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq. Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Bərdə Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR