Azərbaycan prezidenti Fransanın iki şirkətinin rəhbərini qəbul edib - FOTO

Azərbaycan prezidenti Fransanın iki şirkətinin rəhbərini qəbul edib - <span style="color: red;">FOTO
# 15 aprel 2013 12:37 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev aprelin 15-də Fransanın “ASTRİUM” şirkətinin prezidenti və baş direktoru Fransua Oku, “European Aeronautic Defence and Space” şirkətinin beynəlxalq məsələlər üzrə direktoru Jan-Pyer Talimonini qəbul edib.

APA-Economics”in məlumatına görə, görüşdə iştirak edən Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Azərbaycanın ilk süni peykinin orbitə buraxılmasını tarixi hadisə kimi qiymətləndirib və Fransa hökumətinin ölkəmizin kosmos proqramlarının həyata keçirilməsinə bundan sonra da dəstək verəcəyini vurğulayıb.

F. Ok rəhbərlik etdiyi şirkətin bu sahədə Avropanın ən böyük şirkətlərindən biri olduğunu vurğulayaraq şirkətin həyata keçirdiyi layihələr barədə dövlətimizin başçısına məlumat verib.

Azərbaycanın ilk süni peykinin orbitə buraxılmasını kosmos sənayesinin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirən dövlət başçısı göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Fransanın bir çox sahədə Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu vurğulayan prezident İ. Əliyev informasiya-kommunikasiya texnologiyalarının inkişafı və kosmos texnologiyası sahəsində əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR