Azərbaycan prezidenti yenidən Braziliya prezidenti seçilən Dilma Russeffi təbrik edib

Azərbaycan prezidenti yenidən Braziliya prezidenti seçilən Dilma Russeffi təbrik edib
# 29 oktyabr 2014 15:43 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının prezidenti, xanım Dilma Russeffə təbrik məktubu göndərib. APA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli xanım prezident. Braziliya Federativ Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Braziliya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Braziliya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR