Paşha Bank
Bank Of Baku

Bakıda avtomobil ağaca dəyib, bir ailənin 4 üzvü xəsarət alıb

Bakıda avtomobil ağaca dəyib, bir ailənin 4 üzvü xəsarət alıb
# 14 iyun 2019 01:33 (UTC +04:00)

Bakının Xəzər rayonunda avtomobilin ağaca çırpılması nəticəsində bir ailənin 4 üzvü xəsarət alıb.

APA-nın məlumatına görə, Mərdəkan qəsəbəsində qeydə alınmış hadisə zamanı Orxan adlı şəxs idarə etdiyi "Toyota Prado" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yol kənarındakı ağaca çırpılıb.

Nəticədə 1989-cu il təvəllüdlü Cabbarova Samirə Əlibala qızı, 1961-ci il təvəllüdlü Qasımova Zeynəb Məmməd qızı, 1966-cı il təvəllüdlü Babayeva Cəmilə Azər qızı və 15 aylıq körpə Cabbarlı Zeynəb Orxan qızı xəsarət alıb. Yaralılar dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR