Bu ilin I rübündə «Azəriqaz» qazlaşdırma ilə bağlı 1161 texniki şərt verib

Bu ilin I rübündə «Azəriqaz» qazlaşdırma ilə bağlı 1161 texniki şərt verib
# 16 aprel 2013 16:00 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin I rübündə ARDNŞ-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən fiziki və hüquqi şəxslərin müraciətləri əsasında qeyri-yaşayış sahələrinin (obyektlərin) qazlaşdırılması üçün 1161 texniki şərt verilib.

«Azəriqaz» İB-dən «APA-Economics»ə verilən məlumata görə, birliyin sifarişi əsasında tikintisi nəzərdə tutulan qaz təchizatı obyektlərinin və qurğularının, eləcə də yaşayış məntəqələrinin, daşıyıcı qaz kəmərlərinin və digər təyinatlı bina, tikili və qurğuların layihələndirilməsi üçün 238 texniki şərt, texniki tapşırıq və layihə tapşırıqları hazırlanıb.

Fiziki və hüquqi şəxslərin müraciətləri əsasında 855 ədəd qeyri-yaşayış sahələrinin (obyektlərin) layihə-smeta sənədləri razılaşdırılıb. Bundan başqa, Birliyin sifarişi ilə 409 layihə-smeta sənədi razılaşdırılıb.

Layihə-smeta sənədlərinin hazırlanması sahəsində də ciddi irəliləyişlər var. Cari ilin yanvar-mart aylarında “Azəriqaz” İB-nin Layihə-Konstruktor Bürosu tərəfindən 1387 layihə-smeta sənədi hazırlanaraq, Birliyə və digər sifarişçilərə təhvil verilib ki, bunun da 65-i fərdi yaşayış evləri üzrədir. Bunların 18-i respublikanın rayonlarının, 41-i Bakı şəhərinin, 3-ü Abşeron rayonunun, 3-ü isə Sumqayıt şəhərinin payına düşüb. Kənd və qəsəbələrin qazlaşdırılması üzrə 209, obyektlərin təmiri üzrə 232, sənaye və kommunal, məişət obyektləri və qeyri-yaşayış sahələri üzrə isə 868 layihə-smeta sənədi hazırlanıb. İnzibati binalar, anbar binaları və s. tikinti işləri üzrə 13 layihə-smeta sənədi hazırlanaraq təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR