CENTCOM: Rusiya təyyarələri Suriya üzərində kəşfiyyat uçuşlarına başlayıb

CENTCOM: Rusiya təyyarələri Suriya üzərində kəşfiyyat uçuşlarına başlayıb
# 25 sentyabr 2015 22:47 (UTC +04:00)

Bakı-APA. Rusiyaya məxsus hərbi təyyarələr Suriya üzərində kəşfiyyat uçuşlarına başlayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Silahlı Qüvvələri Mərkəzi komandanlığının (CENTCOM) nümayəndəsi Pet Rayder bildirib.

“Biz Rusiyaya məxsus hərbi təyyarələrin kəşfiyyat məqsədilə müəyyən fəallığını müşayiət edirik. Lakin, məndə olan məlumata görə, hər hansı hava zərbəsinin endirilməsindən söhbət getmir”, deyə P.Rayder bildirib.

Onun sözlərinə görə, ABŞ hərbçiləri hələ ki rusiyalı həmkarları ilə əlaqə qurmayıb: “Rusiya, ABŞ və beynəlxalq koalisiyanın gələcəkdə birgə fəaliyyətinə dair müzakirələri üçün qapılar açıqdır. Lakin bunun hansı şəkildə həyata keçiriləcəyi barədə danışmaq olduqca tezdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR