Prokurorluq əməkdaşı Siyəzəndə qəzaya düşüb

Prokurorluq əməkdaşı Siyəzəndə qəzaya düşüb
# 30 sentyabr 2015 06:37 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Bakı-Quba yolunun Giləzi qəsəbəsindən keçən hissəsində “Mazda” markalı avtomobillə Quba istiqamətində hərəkətdə olan yük avtomobili toqquşub. Nəticədə “Mazda” markalı avtomobilin sürücüsü, 28 yaşlı Allahverdi Tural Məmməd oğlu xəsarət alıb. Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılan yaralıya qarının küt travması, sağ biləyin sıyrılmış yarası və sağ topuğun sınığı diaqnozu qoyulub.

Qəzada xəsarət alan şəxs Xaçmaz rayon Prokurorluğunun əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR