Ukraynada öldürülən azərbaycanlı iş adamının meyiti Azərbaycana gətirilərək dəfn olunub

Ukraynada öldürülən azərbaycanlı iş adamının meyiti Azərbaycana gətirilərək dəfn olunub
# 16 mart 2015 10:44 (UTC +04:00)

Luqansk vilayəti Azərbaycanlılar Konqresinin sədri Rasim Uğurluyev APA-ya bildirib ki, diaspor nümayəndələri tərəfindən Azərbaycana yola salınan meyit ötən gün Gəncə şəhərində torpağa tapşırılıb.

R. Uğurluyev bildirib ki, R. Şirinovun ölümündən sonra yaxınları və ailəsi də ölümlə təhdid olunub, buna görə onlar həmin ərazidən çıxarılıb.

Qeyd edək ki, martın 11-də axşam saatlarında Rövşən Şirinovun “Luqansk Xalq Respublikası”nın nəzarətində olan Krasnıy Luç şəhərinin mərkəzindəki evinə 4 maskalı şəxs hücum edib. Maskalılar iş adamının və həyat yoldaşının əl-qolunu bağlayıblar. Hadisə zamanı R. Şirinovun 1 yaşlı oğlu da evdə olub. Maskalılar mənzildən 40 min dollara yaxın pulu götürərək iş adamını da özləri ilə aparıblar. Səhəri gün R. Şirinovun meyiti şəhər kənarında tapılıb. Onun başından aldığı güllə yarası nəticəsində öldüyü məlum olub.

Qondarma respublikanın “milisi” hadisəni törədənlərin axtarışına başlayıb və iş adamının yaxınlarına cinayətkarların tapılacağına dair söz verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR