Bakıda bir neçə gündür əsən güclü külək mülayimləşəcək - VİDEO

Bakıda bir neçə gündür əsən güclü külək mülayimləşəcək - <span style="color: red;">VİDEO
# 13 iyul 2015 10:08 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 26-31 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.

Bölgələrdə hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-37, dağlarda gecə 13-18, gündüz 26-31 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR