Astaranın üç, Salyanın iki yaşayış məntəqəsinə təbii qaz verilib - FOTO

Astaranın üç, Salyanın iki yaşayış məntəqəsinə təbii qaz verilib - <span style="color: red;">FOTO
# 14 mart 2013 16:20 (UTC +04:00)

Astara. Ağəddin Babayev - APA. Novruz bayramı ərəfəsində Astaranın daha üç yaşayış məntəqəsi təbii qazla təchiz olunub.

APA-nın cənub bürosunun məlumatına görə, martın 14-də rayonun Şüvi, Sərək və Vəznəş kəndlərinə ilk dəfə olaraq mavi yanacağın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Fuad Şükürov və başqaları əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən dövlət qayğısından, mövcud problemlərin həlli istiqamətində həyata keçirilən layihələrdən söz açıblar.

Bildirilib ki, birpilləli sistem əsasında bu yaşayış məntəqələrinə ümumilikdə 9 min 800 metr uzunluğunda polietilen, 16 400 metrlik metal borular çəkilməklə ərazidə qaztəmziləyici qurğular, 59 ədəd siyirtmə şkaflar qurulub. İlkin mərhələdə 500 ev mavi yanacaqla təmin edilib və onların hamısında qaz sayğacları quraşdırılıb.

Qeyd olunub ki, indiyədək Astara rayonunda 34 yaşayış məntəqəsi təbii qazla təchiz olunub. Bu il rayonun daha 16 kəndinə mavi yanacağın verilməsi nəzərdə tutulub.

Bu gün Salyan rayonunun Təzəkənd və Gomuşçu kəndlərinə də təbii qazın verilişi bərpa edilib. Bu münasibətlə keçirilmiş tədbirdə qeyd olunub ki, 236 abonenti olan Təzəkənd kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 20 287 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 236 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb, 59 abonenti olan Gomuşçu kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 3714 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 59 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR