Narkotik alverində təqsirləndirilən şəxslərə hökm oxunub

Narkotik alverində təqsirləndirilən şəxslərə hökm oxunub
# 15 may 2015 13:46 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Rahid İbadov və Vüqar Amanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə R. İbadov 8 il, V. Amanov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki şəxs Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulub. Onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR