Qala qəsəbəsində uşaqlar üçün məşğələlər keçirilir - FOTOSESSİYA

Qala qəsəbəsində uşaqlar üçün məşğələlər keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 12 mart 2015 11:40 (UTC +04:00)

Bakı. APA-Economics. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala qəsəbəsində “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilən “Təmiz Qala” layihəsi çərçivəsində maarifləndirmə işləri davam etdirilir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, ekoloji mədəniyyətin kiçik yaşlardan formalaşdırılmasının əhəmiyyətini nəzərə alan “Təmiz Şəhər” ASC bu dəfə Qala qəsəbəsinin kiçik yaşlı sakinləri ilə görüşüb.

Bu gün Qala qəsəbəsində yerləşən 63 nömrəli uşaq bağçasında məşğələlər keçirilib. Tədbirin əsas məqsədi uşaqların tullantılara münasibətini və davranışını dəyişmək, ətraf mühitin qayğısına qalmağı kiçik yaşlarından uşaqlara öyrətməkdir.

Praktik məşğələlər ərzində 5-6 yaş arası uşaqlar istifadə edilmiş əşyalardan kiçik sənət əsərləri yaradıblar. Plastik, kağız, polietilen kimi materiallardan istifadə etməklə balaca sənətkarlar müxtəlif formada oyuncaqlar, bəzək əşyaları düzəldiblər.

Xatırladaq ki, artıq 5 ildir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala qəsəbəsində “Təmiz Şəhər” ASC tərəfindən tullantıların düzgün idarəedilməsi sisteminin qurulması və idarə edilməsi üzrə “Təmiz Qala” layihəsi həyata keçirilir. Layihənin əsas məqsədi qədim Qala qəsəbəsinin qorunub saxlanılması üçün ekoloji tədbirlərin görülməsi, qəsəbə ərazisində tullantıların çeşidli şəkildə yığımının və daşınmasının təşkili, Qala əhalisinin ekoloji mədəniyyətinin daha da inkişaf etdirilməsidir.

Layihənin həyata keçirildiyi illər ərzində bir çox işlər həyata keçirilib. Belə ki, layihə çərçivəsində Qala qəsəbəsində tullantıların çeşidli şəkildə toplanması üçün 149 tullantı meydançası quraşdırılıb, 630 ədəd konteyner yerləşdirilib, müntəzəm yığım və daşınma işi təşkil edilib. Layihənin icrasında başlandığı ilk gündən etibarən 52 qeyri-qanuni tullantı meydançası aşkar olunub və ləğv edilib.

Layihə çərçivəsində həmçinin, Qala qəsəbəsi əhalisi arasında geniş maarifləndirmə işi aparılır. Layihənin uğurlu icrasının əhalinin birbaşa iştirakından asılı olduğunu nəzərə alan “Təmiz Şəhər” Qala əhalisinin müxtəlif yaş kateqoriyaları və qrupları ilə ayrıca maarifləndirmə işi aparıb. Son illər ərzində qəsəbədə təşkil edilən iməciliklər, müsabiqələr, sərgilər və s. kimi tədbirlər əhalinin böyük marağına səbəb olub və insanların tullantıların çeşidlənməsi prosesində iştirakını daha da fəallaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR